13 fevral 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Milli Memarlıq və Şəhərsalmanın inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Heydər Əliyevin Milli Memarlıq və Şəhərsalmanın inkişafında roludan bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə açmışdır.
Daha sonra mövzu ətrafında Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov, Rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru Nərmin Fərəcli, Zəngilan şəhər İƏD-si üzrə nümayəndə Nizami Yusifov, Zəngilan rayon 4 №-li ümumtəhsil orta məktəbin direktoru Vüsalə Əliyeva və Zəngilan rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Könül Rustəmova çıxış etmişlər.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin formalaşdırılması və müasir urbanizasiya proseslərinin əsaslı şəkildə inkişaf etdirilməsində misilsiz xidmətlərindən bəhs ediblər.
Bildiriblər ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanılmış, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişaf etdirilməsi və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.
Qeyd olunub ki, bu gün də Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir.
Tədbir iştirakçıları vurğulayıblar ki, “Şəhərsalma və Memarlıq ili” ilə bağlı verilmiş sərəncam Azərbaycanın gələcək onilliklər üçün müasirləşmə strategiyasının formalaşdırılmasına, şəhərlərin daha dayanıqlı, təhlükəsiz və estetik baxımdan zəngin mühitə çevrilməsinə güclü təkan verəcəkdir. Bu isə güclü dövlət, rifahlı cəmiyyət və müasir Azərbaycan naminə atılmış növbəti mühüm addımdır.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.