PDF Oxu

Siyasət

  • 658

ABŞ - Azərbaycan arasında yeni əlaqələr qurulur ŞƏRH

image

Cənab Prezident İlham Əliyev çıxışında Donald Trump–Vens administrasiyasının Cənubi Qafqaz və ətraf regionda sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat bağlantılarının genişləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirdi. Bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP” təşəbbüsünün əhəmiyyəti vurğulandı.

Layihə region ölkələri arasında ticarət dövriyyəsinin artmasına, yeni logistika xətlərinin formalaşmasına və enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edən çoxtərəfli platforma kimi təqdim olundu. Azərbaycan üçün isə bu təşəbbüs Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin daha geniş geosiyasi çərçivəyə inteqrasiyası baxımından yeni imkanlar açır. Cənab Prezident qeyd etdi ki, davamlı sülhün iqtisadi əsaslarla möhkəmləndirilməsi uzunmüddətli sabitliyin əsas şərtidir.

Altay Məmmədov

YAP Şamaxı rayon təşkilatının sədr müavini

Digər xəbərlər