Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə bir daha göstərdi ki, ölkəmiz rəqəmsal transformasiyanı strateji prioritet kimi müəyyənləşdirib və bu istiqamətdə sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan siyasət həyata keçirir.
Bu gün bəşəriyyət postsənaye cəmiyyətinə doğru istiqamətləndirir. Burada isə rəqəmsal transformasiya xüsusi əhəmiyyət kəsb edir. İrəli sürülən konsepsiya rəqəmsal suverenliyin təmin olunmasına, bilik iqtisadiyyatının qurulmasına və innovasiya əsaslı dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edən fundamental yanaşmadır.
Müşavirədə süni intellektlə bağlı dövlət başçısının vurğuladığı məqamlar olduqca əhəmiyyətlidir. Cənab Prezident açıq şəkildə bildirdi ki, kadr hazırlığı bu sahədə əsas vəzifələrdən biridir. Doğrudan da, süni intellekt texnologiyaları yalnız proqram təminatı və avadanlıq məsələsi deyil – bu, ilk növbədə insan kapitalıdır.
Preİdent müşavirədə digər mühüm məsələyə diqqət yönəltdi. Qeyd etdi ki, ölkəmiz mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışdır. Mənbə məlum olmuş və müvafiq tədbirlər görülmüşdür. Lakin bu fakt bir daha göstərir ki, kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Rəqəmsal infrastrukturumuz gücləndikcə onun qorunması da prioritet istiqamət kimi daim diqqətdə saxlanılmalıdır.
Onu da qeyd edək ki, Rəqəmsal arxitekturanın effektiv qurulması üçün dövlət qurumları arasında sıx koordinasiya əsas şərt kimi müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə konkret fəaliyyət planının hazırlanması tapşırılıb və qısa müddətdə bu planın təqdim olunması nəzərdə tutulur.
Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı