Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın Corriere Della Sera nəşrinə verdiyi müsahibədə, müharibə bitdikdən sonra seçkilər keçirilərsə, yenidən prezidentliyə namizəd olub-olmayacağından əmin olmadığını bildirib: “Əsl sual budur ki, seçkiləri nə vaxt keçirə biləcəyik? Onlar mütləq müharibə bitdikdən sonra keçiriləcək, müvəqqəti atəşkəs dövründə yox”.
Bununla belə Zelenski qeyd edib ki, prezident seçkilərində namizəd olub-olmayacağına qərar verməyib: “Mən prezidentliyə namizəd olacağıma qətiyyən əmin deyiləm, görək ukraynalılar nə istəyirlər”.
Korrupsiyaya qarşı səmərəsiz mübarizə ilə bağlı tənqidlərə cavab olaraq Zeliniski Ukraynada korrupsiya ilə mübarizə apara bilən müstəqil qurumların yaradıldığını bildirıb: "Mən onları qətiyyətlə dəstəkləyirəm, amma onlar araşdırmalar aparmalıdırlar”.
İlham