PDF Oxu

Siyasət

  • 1 299

Sülh, inkişaf və sabitlik - FOTOLAR

image

10 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatının Lək ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri ilə əlaqədar “Sülh, inkişaf və sabitlik” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin əsas təminatlarından biridir. Qeyd olunub ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

G.Bayramov eyni zamanda bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan regional layihələr iqtisadi inkişafın sürətlənməsinə və xalqlar arasında əlaqələrin dərinləşməsinə geniş imkanlar yaradır.

Sonra tədbirdə iştirak edən partiya üzvləri Kamandar Əliyev, Səfər Abbasov, Şahnazə Əliyeva, Müslümə Namazova və Sevda Nəsimova çıxış edərək vurğulayıblar ki, Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Bildirilib ki, həyata keçirilən birgə layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu əməkdaşlıq bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Digər xəbərlər