Milli Məclisin deputatı Elman Nəsirov Cəlilabad rayonunun Gülməmmədli kəndində Şükürlü, Moranlı, Ətcələr, Məmmədcanlı və Qarakazımlı kəndindən olan seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.