Astara rayon Heydər Əliyev Mərkəzinin və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 aprel əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın anım günü münasibətilə keçirilən “İnsanların gözünə nur bəxş edən qadın” başlıqlı sərgi-tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən naminə canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni oxunub.
Mərkəzdə baş tutan YAP Astara rayon təşkilatının əməkdaşlarınin, S. Vurğun adına Təngərüd kənd tam orta, A. Hidayətov adına Kijəbə qəsəbə 2 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin qatıldığı tədbirdə çıxış edən mərkəzin direktoru Kübra Səmədova deyib:- Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çox cəhətli və zəngindir. O, hər bir azərbaycanlı üçün əsl örnək məktəbi ola bilər.
Digər iştirakçıların mövzu ilə bağlı çıxışları da böyük maraqla dinlənilib.
Sonda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü