PDF Oxu

Siyasət

  • 583

Ağcabədi rayonunda inşa müsabiqəsi keçirilib

image

Aprelin 16-da YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektoru ilə birgə “Qarabağın işğaldan azad edilməsi və köçkünlərin öz doğma yurdlarına qayıdışı Ulu Öndərin ən böyük arzusu idi” mövzusunda məktəblilər arasında inşa müsabiqəsi keçirilib.

Müsabiqədə Ağcabədi rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov iştirakçıları salamlamış, inşa müsabiqəsi barədə məlumat verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov Ümummilli Lider Heydər Əliyevin həyatı, əmək fəaliyyəti, Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda gördüyü böyük işlər, onun xalqımız qarşısındakı misilsiz xidmətləri barədə qısa məlumat vermiş, keçirilən müsabiqənin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq anadan olmasının 103-cü il dönümünə həsr edildiyini qeyd etmişdir.

Nazim Bünyatov müsbiqənin şərtləri barədə məlumat vermiş, müsabiqədə I, II, III yer tutanları Ulu Öndərə həsr edilmiş konfransda rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim ediləcəyini qeyd etmiş, müsabiqə iştirakçılarına uğurlar diləmişdir.

Məktəblilər verilən iki saat vaxt ərzində öz fikir və duyğularını bədii ifadələrlə kağıza köçürüblər.

Müsabiqə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.

Digər xəbərlər