PDF Oxu

Siyasət

  • 974

Narkotikə qarşı mübarizədə ailələrin rolu - FOTOLAR

image

Astara Pedaqoji Kollecində “Narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edib valideyn və müəllim arasında sağlam ünsiyyətin qurulmasının gənclərin psixoloji vəziyyətinə müsbət təsirindən, ailə mühitinin düzgün formalaşdırılmasının onların gələcək inkişafında mühüm rolundan danışan kollecin “Sosial və aqrar-turizm “ şöbəsinin müdiri Aygün Səfərova, I tədris ilinin qrup rəhbəri Nilufər Baxşiyeva daha sonra dedilər:- Valideyn nəzarəti və maarifləndirmə burada mühüm rol oynayır. Uşaqlarla açıq ünsiyyət qurmaq, onların dost çevrəsini tanımaq, boş vaxtlarını necə keçirdiklərini izləmək risklərin azalmasına kömək edir. Həmçinin narkotiklərin zərərləri haqqında düzgün və vaxtında məlumat vermək uşaqları bu təhlükədən uzaq salar.

Təhsil prosesində valideynlərin fəal iştirakının vacibliyindən, onların övladlarının təlim-tərbiyə prosesinə daha yaxından dəstək olmasından danışan natiqlər onu da qeyd etdilər ki, ixtisaslaşmış kadrların iştirakı ilə keçirilən bu cür görüşlərin valideynlərin maarifləndirilməsində, onların pedaqoji və psixoloji biliklərinin artırılmasında mühüm rol oynayaraq gənclərin sağlam düşüncəli, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına töhfə ola bilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər