PDF Oxu

Siyasət

  • 563

Qobustanda "Heydər Əliyev və Yeni Azərbaycan" adlı tədbir keçirilib - FOTOLAR

image

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində YAP Qobustan rayon təşkilatının "Sündü" ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi məqsədilə "Heydər Əliyev və Yeni Azərbaycan" adlı tədbir keçirilmişdir.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş, ardınca Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş “ Heydər Əliyev və Yeni Azərbaycan” adlı filmə baxılmışdır.

Sonra rayon təşkilatının sədri Qasım Qasımov mövzu ilə bağlı geniş nitq söyləmişdir.

Mövzu ətrafında müzakirələrdə partiya üzvlərindən Elburus Alcanov və Afət Balaqardaşova çıxış etmişlər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatmışdır.

Digər xəbərlər