PDF Oxu

Siyasət

  • 794

“Heydər Əliyev yolu: gələcəyə inamla addımlayan Azərbaycan” - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Borsunlu ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Borsunlu ərazi partiya təşkilatının sədri Ramin Məhərrəmov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, xilaskarlıq missiyasından və zəngin dövlətçilik irsindən geniş bəhs edib. Bildirilib ki, Ulu Öndər bütün ömrünü vətəninə həsr edərək xalqın yaddaşında əbədiyaşarlıq qazanıb. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev ideyaları dayanır.

Sonra Borsunlu ərazi partiya təşkilatının sədri Ramin Məhərrəmov isə qeyd edib ki, müasir və qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir. O, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Zəfərimizin bu siyasi kursun ən möhtəşəm nəticəsi olduğunu vurğulayıb.

Digər çıxış edənlər - Xaləddin Qarayev, Aytən Eyvazova, Xəyyam Aslanov və Pərviz Həsənov öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin dühası sayəsində xalqın öz sabahına olan inamının bərpa edildiyini və ölkəmizin ağır sınaqlardan uğurla çıxdığını diqqətə çatdırıblar. Qeyd edildi ki, bu gün ən yüksək zirvələri fəth edən müasir müstəqil, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.

Digər xəbərlər