PDF Oxu

Siyasət

  • 854

"Narkomaniya və erkən nikahlara yox deyək!" - FOTOLAR

image

Bu başlıqlı tədbir Lənkəranda Heydər Əliyev Mərkəzində keçirilib. Rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı etdiyi tədbirdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri öz çıxışlarında gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd olunub ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən ən pis amillərdən biridir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.

Tədbir iştirakçılarına zərərli vərdişlərin doğurduğu fəsadlar, erkən nikahların hüquqi və sosial nəticələri barədə ətraflı məlumat verilib, sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacibliyi vurğulanıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər