PDF Oxu

Siyasət

  • 845

Xalqın qəlbində yaşayan əsl Azərbaycan xanımı - FOTOLAR

image

Astara Pedaqoji Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan kollecin direktoru, professor Kamran Kazımov Zərifə Əliyevanın Azərbaycan elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi töhfələrdən, onun humanizmə və insanlara xidmətə əsaslanan zəngin həyat yolundan danışıb, eləcə bildirib ki, akademikin fəaliyyəti bu gün də gənc nəsil üçün örnəkdir və onun irsi daim ehtiramla yad olunur.

Təhsil ocağının “Sosial və aqrar-turizm” şöbəsinin müdiri Aygün Səfərova, Həmkarlar təşkilatının sədri Elçin Mahmudov çıxışlarında Zərifə Əliyevanın əsl Azərbaycan xanımına məxsus olan nəcib keyfiyyətlərindən, zəngin mənəvi aləmindən bəhs edib, əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.

Görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın nümayişi də tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb .

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra proqram kollecin həyətində bayram əhval-ruhiyyəsi ilə davam etdirilib. Belə ki, burada iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil olunub. Tələbə və müəllim heyətinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib, ətraf mühitin qorunması və yaşıllaşdırma istiqamətində mühüm addım atılıb. Bununla yanaşı, tələbələrin hazırladığı rəngarəng rəqs nömrələri tədbirə xüsusi ovqat qatıb.

Həmçinin kollecin həyətdə təşkil olunan sərgidə tələbələrin əl işləri, rəsm nümunələri və müxtəlif yaradıcılıq məhsulları nümayiş etdirilib. İştirakçıların zövqünü oxşayan sərgi gənclərin istedadının nümayişi baxımından əhəmiyyətli olub.

Sonda keçirilən silsilə tədbirlər çərçivəsində fərqlənənlər rəhbərlik tərəfindən diplomlara layiq görülüblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər