PDF Oxu

Siyasət

  • 635

Turizm sektorunun ölkə iqtisadiyyatına töhfəsi

image

Müasir dünyaya yeni imicdə, müasir və inkişaf etmiş ölkə olaraq təqdim olunan Azərbaycanın bütün sahələrdə həyata keçirilən layihələri hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını turistlər üçün cəlbedici edib. Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib. 2025-ci ildə Azərbaycanda turizmin qeyri-neft sektorundakı payı ilk dəfə 5,3 faizə çataraq 0,6 faiz bəndi artıb. Turizm sektorunun ölkə iqtisadiyyatına töhfəsi 7,5 faizə yüksəlib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı əvvəlki illə müqayisədə 34 faiz artıb ki, bu da pandemiya dövrünün göstəricilərini xeyli üstələyir. Turizm 20-dən çox sahəni əhatə edir və əhəmiyyətli multiplikativ effekt yaradır.

TURİZMİN DAYANIQLI İNKİŞAFI ÜÇÜN ƏSAS BAZA

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizmin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu inkişafın yeni və strateji mərhələsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm dövriyyəsinə daxil edilməsidir. İşğaldan azad edilmiş ərazilər mədəni, sağlamlıq və termal turizm istiqamətlərinin, eləcə də ekoturizmin inkişafı üçün zəngin potensiala malikdir. Ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda turizm prioritet inkişaf istiqamətlərindən biri kimi göstərilir. “Qarabağda beynəlxalq hava limanlarının, dəmir yolunun istifadəyə verilməsi, müasir avtomobil yolları, tunellər və logistika xətlərinin yaradılması turizmin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır. Hazırda Qarabağ regionunda 11 hotel və bölgə sakinləri ilə qonaqların yerləşməsi üçün 31 alternativ yerləşdirmə obyekti fəaliyyət göstərir. Yerli və xarici turistlərin bölgəyə səfərləri “Yolumuz Qarabağa” platforması vasitəsilə tənzimlənir ki, bu da təhlükəsizliklə yanaşı, turizm təcrübəsinin effektiv idarə olunmasına imkan yaradır.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR: TURİSTLƏR ÜÇÜN CƏLBEDİCİ MƏKAN

Əllbəttə ki, 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə abadlıq-quruculuq işləri aparılır və turistlərin diqqəti həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinə cəm edilir. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşa çevrilib. Ermənilərin qurbanına çevrilən abidələrimiz bərpa və təmir edilir, şəhərlərimiz müasir məkana çevrilir. Artıq Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir. Bununla bağlı konseptual layihə icra olunur. Son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artıb baş verib.

Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Mütəxəssislərin qənaətinə görə, hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər. Çünki turizm təxminən 50-dən çox sahəni birləşdirir. Ona görə də turizm inkişaf etdikcə məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir, dövlət gəlirləri yüksəlir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər