PDF Oxu

Siyasət

  • 586

Elvin 18 yaşında şəhidlik zirvəsinə ucalıb

image

Vətənə, torpağa məhəbbət Elvin Malik oğlu Şahmarlının qanına, canına ana südü ilə birgə hopmuşdu. Odur ki, 44 günlük haqq savaşımızda meydanda düşmənə qan udduran minlərlə qeyrətli oğlanların ön cərgəsində mərdliklə döyüşüb. Müqəddəs Qarabağın azadlığı naminə son damla qanını belə əsirgəməyib. Özü 18 yaşında şəhid olsa da, canından artıq sevdiyi Vətəni alınmaz qalaya çevrilib. Qəhrəmanlığı adını tarixin ən şərəfli səhifəsinə yazıb. Dövlət tərəfində ölümündən sonra layiq olduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin və Suqovuşanın azadlığına görə medalları qısa ömrünə daha bir şərəf qatıb. Cismi bu dünyadan getsə də, əbədi olaraq ürəklər köçüb. Axı, Vətən, torpaq uğrunda canından keçib şəhidlik zirvəsinə ucalmaq hər adama nəsib olmur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmür.
2002-ci ildə qəhrəmanlar diyarı olan Biləsuvarın Əliabad kəndində dünyaya göz açan Elvin Şahmarlı orta təhsilini başa vurub orduya yola düşüb. Evdən çıxanda başına yığılmış dost-tanışların qarşısında hər qarşı torpağına, daşına qəlbən bağlandığı doğma Azərbaycana vicdanla, qeyrətlə xidmət etməyə, qana susayan murdar niyyətli dığaları qanda boğmağa and içib.
Cəbhə bölgəsində cəngavər libasını əyninə geyən əsgər Elvin qısa müddətdə xidmət etdiyi hərbi hissədə öz intizamı, qorxmazlığı, cəsurluğu ilə hörmət qazanıb. Qəlbində çağlayan Vətən sevgisi həmişə ona dayaq durub. Buna görə də qatıldığı mühüm əməliyyatlar zamanı böyük fəallıq göstərib. Hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnib. Torpaq qeyrəti çəkə-çəkə yağıya qarşı daha da amansız olub, hər an onlardan qisas almaq üçün məqam axtarıb. Həmin günlərdə özünü unudub Vətəni üçün yaşamaq əsas amalı olub. Dilindən düşməyən” Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı həmişə onu döyüş meydanına səsləyib. Və ən əsası güclü, qüdrətli ordumuzun tezliklə qəsbkarları məğlub edib Qarabağımızın tam azad olmasına ürəkdən inanıb.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda Elvin birincilər sırasında silaha sarılıb Vətənin harayına yollanıb. Cəbhənin ən gərgin nöqtələrində gedən ağır savaşlarda əsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşub, əsl qəhrəmanlıq nümunəsi göstərib. Hər döyüşdə sarsıdıcı zərbələr vurmaqla neçə-neçə erməni dığasının axırına çıxıb, onları lərzəyə salıb.
Qəhrəman Vətən sevdalısı 12 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərə girib. O, silahının hədəfinə tuş gələn işğalçıları bir-bir gəbərdib. Vətənə tuşlanan düşmən gülləsini sinəsi ilə dəf edərək gözlərini əbədi yumub. Elvinin axitdiği qan ulu torpağın bağrina sancılan zəfər bayrağına dönür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər