PDF Oxu

Siyasət

  • 640

Belarus - Latviya sərhədində 10 yeraltı tunel aşkarlanıb - FOTO

image

Rusiya-Ukrayna müharibəsi uzandıqca bölgədə yaşayan xalqlar ciddi əziyyətlər çəkirlər. İnsanlar daha rahat, təhlükəsiz dövlətlərə keçmək üçün müxtəlif vasitə və üsullardan istifadə edirlər. Hətta yaşadıqları ərazilərdən digər torpaqlara keçmək üçün yeraltı tunellərdən də istifadə edilir. Lakin bu cüt üsullar əksər hallarda ölkələrin müvafiq orqanlarının əməkdaşları tərəfindən aşkar olunur və miqrantlar həbs olunurlar. Bu günlərdə Latviya sərhədçiləri Belarusla sərhəddə bir qrup qanunsuz miqrantın ölkəyə daxil olduğu yeraltı tunel aşkar ediblər. Latviya Daxili İşlər naziri Yanis Dombrava bildirib ki, "Paltarları torpaqla örtülmüş bir qrup qanunsuz miqrant sərhəd yaxınlığında saxlanılıb. Sərhəd pozuntusunun araşdırılması zamanı yeraltı tunel aşkar edilib".

Hakimiyyət orqanlarının məlumatına görə, bu təcrübə Asiya və Afrika ölkələrindən olan qanunsuz miqrantlar tərəfindən Belarusdan Latviya və Litvanın qərbinə keçməyə cəhd edərək tətbiq olunub. Bu, Baltikyanı ölkələri sərhəd boyunca tikanlı məftil hasarlar çəkdikdən sonra baş verib.

Məlumata görə, bu ilin may ayından bəri Litvadakı sərhədçilər Belarus tərəfindən qanunsuz miqrantlar tərəfindən qazılmış təxminən 10 yeraltı tunel aşkar ediblər və ən uzunu Litva tərəfində 25 metrə çatır.

İlham

Digər xəbərlər