PDF Oxu

Siyasət

  • 506

Naxçıvanın strateji zəfəri: tarixi irsdən qlobal nəqliyyat qovşağınadək - ŞƏRH

image

Naxçıvan torpağı təkcə özünün əzəmətli təbiəti və qədim tarixi ilə deyil, həm də Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətlərlə milli dövlətçilik salnaməmizdə müstəsna yer tutur. Bu müqəddəs diyar Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətimizin memarı Heydər Əliyev kimi uzaqgörən bir rəhbəri və ölkəmizin elm, mədəniyyət, ictimai-siyasi həyatında silinməz izlər qoymuş bir çox görkəmli xadimləri yetirmişdir. Naxçıvan əhalisinin mərdliyi, doğma torpağa sarsılmaz bağlılığı və vətənpərvərliyi bu bölgənin əsrlər boyu hər cür çətinliyə qəhrəmancasına sinə gərməsinin əsas mənəvi sütunudur.
Bu gün Naxçıvanın zəngin tarixi irsi onun əvəzsiz geostrateji mövqeyi və yüksək potensialı ilə birləşərək daha geniş coğrafiya üçün strateji əhəmiyyət kəsb edən bir mərkəzə çevrilmişdir. Həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan layihələr təkcə Azərbaycanın daxili inkişafına deyil, bütövlükdə regional inteqrasiyaya və beynəlxalq əməkdaşlığa misilsiz töhfələr verir.
Xüsusilə nəqliyyat və logistika sahəsində reallaşdırılan nəhəng layihələr Naxçıvanın çəkisini regional müstəvidən qlobal miqyasa qaldırır. Bölgədə formalaşan yeni nəqliyyat damarları – Zəngəzur dəhlizi və beynəlxalq dəmir yolu, avtomobil yolu şəbəkələri Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm halqaya çevrilməkdədir. Dövlətimiz tərəfindən bu strateji infrastrukturun qurulması üçün ardıcıl və məqsədyönlü işlər görülmüşdür və bu proses bundan sonra da xüsusi diqqət mərkəzində saxlanılacaqdır. Naxçıvan öz tarixi missiyasına söykənərək, həm milli qürurumuzun, həm də regional tərəqqinin parlaq rəmzi kimi yüksəlməyə davam edir.

Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər