PDF Oxu

Siyasət

  • 1 073

Vətənə, xalqa sevdalanan ömür yolu - FOTO

image

İşində vicdanla çalışan, cəmiyyətdə mənəvi dəyərlər ilə seçilən, el-obanın tərəqqisinə mühüm töhfələr verən insanlardandır Elman Rəcəbov. Məhz buna görə də o, Lerik rayonda böyük nüfuz və hörmətə malikdir. Onun yaxşılıq gözündə gəlib çatdığı 55 illik ömür yolu şərəfli, saf əməlləri hesabına yadda qalandır. Elman müəllim həm də YAP Lerik rayon təşkilatının ən fəal əməkdaşı sayılır. Onun bütün hərəkətləri dərin zəkaya, düşüncəyə söykənir, özünəməxsus mənəviyyat fəlsəfəsində adamlara gərək olmaq, Vətəninə fayda vermək durur.

Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatında Elman Əliheydər oğlu Rəcəbovun anadan olmasının 55 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Seyfullayev iştirak edirdilər.
YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov Elman Rəcəbovu 55 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etdi, ona möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətində uğurlar arzuladı və dedi:-.Elman müəllim uzun illərdir Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatında çalışır. Fəaliyyət göstərdiyi müddət ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirib. Bu dəyərli şəxsiyyət uzunmüddətli fəaliyyəti ilə partiya təşkilatının işinə həmişə öz töhfəsini verib, kollektivdə səmimiyyəti, işgüzarlığı, məsuliyyətli münasibətilə nümunə olub.
Digər çıxış edənlər Elman müəllimin həm işgüzar keyfiyyətlərini, həm də insanlara olan səmimi münasibətlərini dilə gətirdilər, kollektivdə həmkarları ilə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışdığını dedilər, eləcə onun həyat və əmək fəaliyyəti ilə bağlı xoş xatirələri, maraqlı məqamları bölüşdülər.
Elman Rəcəbov isə öz növbəsində göstərilən diqqət, eləcə səmimi təbriklərə görə tədbir iştirakçılarına minnətdarlıq etdi, uzun illər ərzində YAP Lerik rayon təşkilatında çalışmasından məmnun olduğunu, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirdi.
Sonda yubilyara xatirə hədiyyəsi təqdim olundu.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər