PDF Oxu

Siyasət

  • 656

Qürur günümüz - ŞƏRH

image

27 Sentyabr mühüm tarixdir. Bu gün ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həyatını itirən bütün şəhidlərimizi yad edirik. Anım Günü hüzn günü olmaqla yanaşı həm də qürur hisslərini özündə ehtifa edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı. Bu sözlər yalnız Qələbənin siyasi nəticəsini deyil, həm də xalqın uzun illər daşıdığı ədalət arzusunun gerçəkləşməsini ifadə edir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı tarixi dönüşün başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun böyük qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi ilə yadda qaldı. Azad edilən hər bir kənd, qəsəbə, şəhər və strateji yüksəklik Azərbaycan Ordusunun gücünü və hərbçilərimizin fədakarlığını təsdiqləyirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması, nəhayət, Şuşanın azadlığı Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrinə çevrildi. Şuşanın azad edilməsi xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Azərbaycanın mədəniyyət paytaxtının azad olunması yalnız hərbi qələbə deyildi.

Döyüş meydanında qazanılan Qələbə diplomatik müstəvidə davam etdirildi və Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Vətən müharibəsində əldə olunan tarixi nəticələr yalnız hərbi əməliyyatların yekunu ilə məhdudlaşmadı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni siyasi reallıq yaratdı.

Qeyd edək ki, bu gün uzun illər düşmən tapdağında olan torpaqlarımızda artıq həyat canlanır. Hər bir yerdə şəhidlərin xatirəsinə müxtəlif memorial komplekslər yaradılır. Bakıda yaradılan Hərbi Qənimətlər Parkı, Zəfər parkı və Zəfər muzeyi Vətən müharibəsinin tarixini özündə ehtiva edir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Digər xəbərlər