PDF Oxu

Siyasət

  • 705

Şəhidin ailəsinə elin ehtiramı - ŞƏRH

image

44 günlük Vətən müharibəsində 30 illik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan şəhidlər qəlbimizdə yaşamaqla, onların ailələri də hər zaman ziyarət olunur.
Bu günlər isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, ikinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Arif oğlu Abdullayevin ailəsi ziyarət edilib.
Rayon gənclər və idman sektorunun əməkdaşlarının , ADPU-nun Cəlilabad filialının rəhbər heyəti və tələbə gənclərinin qatıldığı ziyarətin təşkil olunmasında əsas məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və xalqın milli-mənəvi dəyərlərinin təbliği olub.
Ziyarət zamanı gənclər şəhidin şəxsi əşyaları ilə tanış olub, onun keçdiyi döyüş yolu haqqında məlumat əldə ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər