PDF Oxu

Siyasət

  • 793

Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması - ŞƏRH

image

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və siyasi-iqtisadi suverenliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Güclü dövlətçilik ənənələrinin formalaşdırılması, milli maraqların qorunması və ölkənin iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradır.

Siyasi suverenliyin əsas göstəricilərindən biri dövlətin öz milli maraqlarına əsaslanaraq müstəqil qərarlar qəbul etməsidir. Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Ölkəmizin regional və beynəlxalq layihələrdə fəal iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

İqtisadi suverenlik isə dövlətin öz iqtisadi potensialına və maliyyə imkanlarına söykənərək inkişaf strategiyasını həyata keçirməsi ilə sıx bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının, sənayenin, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi iqtisadi dayanıqlığın artırılmasına xidmət edir. Enerji resurslarından səmərəli istifadə və yeni enerji layihələrinin həyata keçirilməsi də ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə mühüm nəqliyyat və logistika imkanları yaradır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən layihələr ölkəmizin regional iqtisadi əlaqələrdə rolunu artırır. Bu imkanlardan səmərəli istifadə həm iqtisadi gəlirlərin artmasına, həm də Azərbaycanın strateji əhəmiyyətinin yüksəlməsinə şərait yaradır.

44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və ərazi bütövlüyünün bərpası Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ oldu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, yeni yolların, yaşayış məntəqələrinin və infrastrukturun yaradılması dövlətin gücünü və imkanlarını nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması güclü dövlət idarəçiliyi, dayanıqlı iqtisadiyyat, milli maraqlara əsaslanan xarici siyasət və müasir infrastrukturun inkişafı ilə bağlıdır. Qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın müstəqilliyini və beynəlxalq mövqeyini daha da möhkəmləndirir.

Toğrul Rəhimli

Yap Sədərək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər