PDF Oxu

Siyasət

  • 645

“Yuxarı Qaramanlı kənd” ərazi partiya təşkilatında VIII Qurultayın nəticələri ilə bağlı iclas keçirilib

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Yuxarı Qaramanlı kənd” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın partiyanın fəaliyyətində yeni mərhələnin vəzifələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəaların öyrənilməsinin və gündəlik fəaliyyətdə nəzərə alınmasının vacibliyini bildirib. Ərazi partiya təşkilatının üzvlərini ictimai işlərdə fəal olmağa, əhali ilə əlaqələri möhkəmləndirməyə və kəndin ictimai həyatına töhfə verən təşəbbüslərlə çıxış etməyə çağırıb.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin əhali arasında təbliği məsələlərinə toxunub. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin, Heydər Əliyev irsinin və azərbaycançılıq ideologiyasının təbliğində ardıcıl maarifləndirici fəaliyyətin əhəmiyyətini vurğulayıb. Vətəndaşlarla birbaşa ünsiyyətin, onların fikir və təkliflərinin dinlənilməsinin, dövlət siyasətinin mahiyyətinin aydın və dolğun izah edilməsinin qarşıda duran vəzifələrin həyata keçirilməsinə xidmət etdiyini qeyd edib.

Digər xəbərlər