Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və qətiyyətli siyasəti sayəsində Azərbaycanda bütün sahələrdə uğurlu inkişafa nail olunmuş yüzilliklər boyu xalqımızı narahat edən , regionda maraqlı olan böyük güclərin dəstəyinə arxalanan erməni separatizminin kökünü kəsərək dövlətimizin ərazi bütövlüyünü və suverenliyi tam şəkildə təmin olunmuşdur. Azərbaycanın uğurlarını həzm etməyən maraqlı qüvvələr ölkə rəhbəri tərəfindən həyata keçirilən uğurlu siyasətə kölgə salmaq məqsədilə məqam axtarır, hər bir fürsətdə bundan yararlanmağa cəhd edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında haqlı olaraq bildirmişdir: “Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.
Azərbaycanın əleyhinə olan xarici mərkəzlər idarə etdikləri media və sosial media platformalarının imkanlarından istifadə edərək ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusi ilə də dünyagörüş tam şəkildə formalaşmış uşaqları, yeniyetmələri və gəncləri özlərinin təsirlərinin altına salmağa çalışırlar. Məqsəd Azərbaycanda ictimai sabitliyi pozmağa və nəticədə özlərinin maraqlarını reallaşdırmaq üçün əlverişli mühitin yaradılmasına nail olmaqdır. Dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblərdən sui məqsədlər üçün istifadə edərək etirazlar yaratmağa çalışanların yuxarıda qeyd olunan “amallara” bilərəkdən və ya bilməyərək dəstək vermiş olurlar. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyəti baş verənlərin fərqindədir və onların apardıqları məkirli siyasətə alət olacaq qədər sadəlöv deyildir.
Ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiqi Azərbaycan ictimayətinin müəyyən mənada sosial sifarişi, uzun illərdən bəri arzuladıqları, görülməli olan tədbirlər siyahısına daxil olan məsələlərdən biridir.
Təhsil və tərbiyənin yüksəldilməsinə təsir edə bilən hər bir addım cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanır. Təhsil müəssisələrində vahid geyim formasının tətbiq olunması dünyanın əksər dövlətlərində həyata keçirilir. YAP-nın VIII Qurultayındakı nitq zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin önəminə xüsusi diqqət yetirdi və bildirdi ki, xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bu yalanlara, şayələrə, zəhərlə dolu olan ideoloji təxribatlara uymayacaq.
Son günlər ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı baş ürtüyünə qadağa qoyulmasını dini inanc əleyhinə olduğu bəhanəsi gətirən maraqlı qüvvələrin olduğunu görməkdəyik. Mənsub olduğumuz İslam dini elmə olduqca önəm verir. “Bir il təhsil almağın, min il ibadətə bərabərdir” fəlsəfəsini daşıyan İslam dini təhsil keyfiyyətinə müsbət mənada təsir edəcək heç bir tədbirin əleyhinə ola bilməz. Digər bir məsələyə də diqqət yetirilməsini məqsədəuyğun hesab edirəm dini etiqad nəisə nümaiş etdirmək deyil, Allahla bəndə arasında bilavasitə, fərdi olaraq şəxsi dünyagörüşdür. Bunun üçündə Azərbaycan Konstitusiyasında və digər qanunlarnda qanunvericilik bazası formalaşdırılmışdır.
Azərbaycanın elliklə qəbul etdiyi dünyəvi, demokratik və hüquqi dövlət modeli bütün dinlərə hörmətlə yanaşmaqla dinin dövlətdən ayrı olduğu modeli qəbul edib və bu yolla uğurla inkişaf edir.
Məktəb təhsil ocağıdır-burada bütün ddinlərə mənsub olan fərdlər eyni məktəbdə təhsil ala bilər.
Bunun üçün də sözün bütün mənalarında ayrıseçkiliyi aradan qaldıran vahid geyim formasının tətbiqi təqdirə layiqdir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri