Oktyabrın 20-də YAP Samux rayon təşkilatının Alabaşlı qəsəbə və Qara-arx kəndi üzrə ərazi partiya təşkilatlarında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqinə istinad edərək dövlətimizin inkişaf strategiyası, milli maraqların qorunması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib.
Çıxışlarda partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının, dövlət siyasətinin mahiyyətinin düzgün təbliğ edilməsinin və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyəti vurğulanıb.