PDF Oxu

Siyasət

  • 621

YAP Kəlbəcər rayon təşkilatının Ərazi Partiya təşkilatında görüş keçirilib - FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatının Ərazi Partiya təşkilatında görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon sektoru üzrə Ərazi Partiya təşkilatında görüş keçirilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Uşaq İnçəsənət məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədr müavini Arzu Qafarov və partiya üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Ərazi Partiya təşkilatının sədr müavini Arzu Qfarov Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiyanın VIII qurultayında səsləndirdiyi proqram xarakterli çıxışın əsas istiqamətləri barədə fikirlərini bölüşüblər.

Çıxışlarda partiyanın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində ideoloji işin əhəmiyyəti vurğulanıb, partiya üzvləri və fəalları Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılmasında, dövlətçilik ideyalarının təbliğində və ideoloji işin gücləndirilməsində fəal olmağa çağırılıblar.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının əhəmiyyəti və doğma Kəlbəcərə qayıdış prosesinin yaratdığı imkanlar ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, bu proseslərdə hər bir partiya üzvünün fəallığı, dövlət siyasətinə dəstək göstərməsi və ictimai-siyasi proseslərdə yaxından iştirakı mühüm əhəmiyyət daşıyır.

Görüş qarşıya qoyulan vəzifələrin icrası, partiya fəaliyyətinin daha da gücləndirilməsi və ideoloji işin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi ilə davam edib. Anar Əhmədov YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər