PDF Oxu

Siyasət

  • 626

YAP Sabirabad rayon təşkilatının Əhmədabad kənd ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Sabirabad rayon təşkilatının Əhmədabad kənd ərazi partiya təşkilatında tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Əhmədabad kənd ərazi partiya təşkilatında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışının ideoloji-siyasi mahiyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
​Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov dövlət başçısı cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın gələcək inkişaf mərhələsini, fəaliyyət prioritetlərini və dövlətimizin strateji hədəflərini müəyyən edən fundamental yol xəritəsi olduğunu diqqətə çatdırmışdır. V.Rüstəmov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar şəraitində və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulamışdır.
​Əhmədabad kənd ərazi partiya təşkilatının sədri Xəqani Qasımov çıxışında ölkə rəhbərinin Qurultaydakı tapşırıq və tövsiyələrinin yerlərdə icrası istiqamətində ərazi partiya təşkilatı tərəfindən görülən işlər barədə məlumat vermiş, təşkilat fəallarının bu istiqamətdə səylərini daha da artıracaqlarını bəyan etmişdir.
​Daha sonra çıxış edən partiya fəalları Şahzadə Şahsəddinov və Binalı Əliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı avanqard rolundan bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin irsinə sadiqliklərini və Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti bundan sonra da yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.
​Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.

Digər xəbərlər