PDF Oxu

Siyasət

  • 663

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Peşə Liseyinin ərazi partiya təşkilatında müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Peşə Liseyinin ərazi partiya təşkilatında müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Lənkəran Peşə Liseyinin ərazi partiya təşkilatında keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan Lənkəran Peşə Liseyinin tərbiyə işləri üzrə direktor müavini, ərazi partiya təşkilatının sədr müavini Aysel Hüseynova VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinin və təhsil müəssisələrində ideoloji işin məqsədyönlü şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru, YAP-ın VIII Qurultayının iştirakçısı Ramiz Şəmmədov qurultayda səsləndirilən müddəaların ölkənin inkişaf strategiyası və partiyanın qarşısında duran vəzifələr baxımından əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf prioritetlərinin həyata keçirilməsində təhsil və elm sahəsinin rolunu qeyd edərək, gənclərin bilik və bacarıqlarının artırılmasının, onların fəal vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

YAP fəalı Təranə Əliyeva çıxışında partiyanın ideoloji prinsiplərinin cəmiyyət arasında təbliğinin, üzvlər arasında həmrəyliyin və ictimai-siyasi fəallığın artırılmasının vacibliyini qeyd edib. O, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvünün öz fəaliyyətində məsuliyyətli və təşəbbüskar olmasının önəmini vurğulayıb.

Digər YAP fəalı Rüqəyya Nəsirli isə çıxışında dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və gənclərin ictimai həyatda fəal iştirakının təşviq edilməsi məsələlərinə toxunub. O, partiyanın müəyyənləşdirdiyi hədəflərin reallaşdırılmasında maarifləndirmə işinin, vətəndaşlarla sıx əlaqələrin və kollektiv əməkdaşlığın mühüm rol oynadığını bildirib.

Sonda çıxış edən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov partiyanın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin təhsil sahəsində çalışan kollektivlər üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, peşə təhsilinin inkişafı, müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, gənclərin peşə bacarıqlarının artırılması və onların əmək fəaliyyətinə hazırlanmasının vacibliyini qeyd edib. Afər Kərimov Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf prioritetlərinin həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətin əhəmiyyətini vurğulayıb.

İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, təhsil və gənclər siyasətinin prioritetləri, ölkənin sosial-iqtisadi inkişafı və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda irəli sürülən müddəaların yerli təşkilatların gündəlik fəaliyyətində rəhbər tutulmasının əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər