PDF Oxu

Siyasət

  • 581

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının fəal partiya üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli, Yardımlı Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Şakir Kərimov, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Mehman Xanızadə, eləcə də partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli VIII Qurultayın əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında səsləndirilən mühüm mesajlardan və partiyanın qarşısında duran əsas vəzifələrdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, partiya üzvlərinin dövlətçilik prinsiplərinin, milli maraqların və Heydər Əliyev ideyalarının təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirmələrinin vacibliyini qeyd edib.
Digər çıxış edənlər VIII Qurultayda müəyyənləşdirilən prioritet vəzifələrin əhəmiyyətindən danışıb, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir partiya üzvünün fəallığının və məsuliyyətinin önəmini vurğulayıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, VIII Qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər