PDF Oxu

Siyasət

  • 618

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Xarxatan kəndində müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Xarxatan kəndində müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə Xarxatan kəndində yerləşən məktəbdə tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Faiq Babayev YAP-ın VIII Qurultayının ölkənin qarşısında duran mühüm vəzifələrin müəyyənləşdirilməsi və partiyanın gələcək fəaliyyət istiqamətlərinin daha da dəqiqləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, qurultayda irəli sürülən ideya və təşəbbüslərin cəmiyyətin inkişafına, milli həmrəyliyin gücləndirilməsinə və gənc nəslin dövlətçilik ruhunda formalaşmasına xidmət etdiyini bildirib.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Prezident İlham Əliyevin qurultaydakı nitqinin siyasi və ideoloji baxımdan əhəmiyyətinə toxunub. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin inkişaf strategiyasının həyata keçirilməsində, dövlətçilik ənənələrinin qorunmasında və cəmiyyətlə davamlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. İqbal Əmənullayev partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin, üzvlərin təşəbbüskarlığının artırılmasının və ideoloji işin müasir tələblərə uyğun qurulmasının vacibliyini diqqətə çatdırıb. O, qurultayda müəyyənləşdirilən hədəflərin yerli səviyyədə ardıcıl şəkildə həyata keçirilməsinin ümumi məqsədlərə nail olunmasına mühüm töhfə verəcəyini bildirib.
Çıxış edən Qabil Məmmədov qurultayın qərarlarının partiyanın gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini qeyd edib. O, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və sosial-iqtisadi inkişafın yeni imkanlar yaratdığını vurğulayaraq, bu proseslərin ictimaiyyətə düzgün çatdırılmasında partiya üzvlərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Qabil Məmmədov, həmçinin vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, onların müraciət və təşəbbüslərinə diqqətlə yanaşılması, partiyanın fəaliyyətində fəallığın və məsuliyyətin artırılması məsələlərinə toxunub.
Babayev Eldar çıxışında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin və genişmiqyaslı islahatların Azərbaycanın davamlı inkişafına xidmət etdiyini vurğulayıb. Eldar Babayev qeyd edib ki, əldə olunan nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyəti ilə ümumi işə töhfə verməlidir. O, həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin və qurultayda qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Digər çıxışçı Rəsmiyyə Mehdiyeva isə milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ideyalarının gələcək nəsillərə aşılanmasının əhəmiyyətindən danışıb. O, təhsil müəssisələrinin və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin vacibliyini vurğulayıb. Rəsmiyyə Mehdiyeva qeyd edib ki, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təşviqi, onların milli ideallara bağlılığının gücləndirilməsi və sağlam dünyagörüşünün formalaşdırılması dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin mahiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi və ərazi partiya təşkilatlarının qarşısında duran prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. Qurultay qərarlarının icrasında hər bir partiya üzvünün fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər