PDF Oxu

Siyasət

  • 815

VIII Qurultayın siyasi əhəmiyyəti və qarşıda duran vəzifələr - FOTOLAR

VIII Qurultayın siyasi əhəmiyyəti və qarşıda duran vəzifələr - FOTOLAR

28 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı və Ağstafa rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil. Bu, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir..

Daha sonra çıxış edən natiqlər – Ağstafa rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev, veteran partiyaçı Məmməd Məmmədov, Qurultay nümayəndələri Nizami İsgəndərli, Anar Hümbətov və Ağstafa rayon Ağsaqqallar Şurasının üzvü Məcid Əliyev bildiriblər ki, Prezident İlham Əliyevin çıxışında bir daha aydın şəkildə göstərildi ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və siyasi irsi dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib. 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu Zəfərlər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir.

Digər xəbərlər