PDF Oxu

Siyasət

  • 1 067

Hamının hörmət etdiyi insan - FOTO

Hamının hörmət etdiyi insan - FOTO

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında partiyanın veteran üzvü Mehman Rəcəbovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Milli Məclis deputatının köməkçisi Pərviz Ağaxanlı, YAP Lerik rayon təşkilatının əməkdaşları Elnur Məmmədov və Elman Rəcəbov çıxışlarında yubilyarı əlamətdar 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik ediblər.
Çıxışlar zamanı Mehman Rəcəbovun uzun illər təhsil sahəsində müəllim kimi fəaliyyət göstərdiyi, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində əməyi, pedaqoji fəaliyyəti və ictimai-siyasi həyatda fəallığı xüsusi vurğulanıb. Onun uzun illər ərzində dövlətçilik prinsiplərinə sadiqliyi, ölkəmizdə həyata keçirilən quruculuq proseslərinə və Yeni Azərbaycan Partiyasının fəaliyyətinə verdiyi töhfələr xüsusi qeyd olunub. O da bildirilib ki, Mehman müəllimin dövlətçiliyə, milli maraqlarımıza və partiya ideallarına sədaqəti, ictimai-siyasi proseslərdə fəal mövqeyi təqdirəlayiqdir. Eyni zamanda, təhsil sahəsində uzunmüddətli pedaqoji fəaliyyəti ilə yanaşı, dövlətə və dövlətçiliyə bağlı gənc nəslin yetişdirilməsinə verdiyi töhfələr onun həyat yolunun mühüm məqamlarındandır.
Yubilyar Mehman Rəcəbov göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına, iştirakçılara və onu təbrik edən hər kəsə dərin minnətdarlığını bildirib. O, həyatının müxtəlif mərhələlərində təhsil sahəsində və ictimai-siyasi fəaliyyətində qazandığı təcrübədən, dövlətçiliyə və Yeni Azərbaycan Partiyasına sədaqətindən söz açaraq, göstərilən yüksək diqqəti onun əməyinə verilən dəyər kimi qiymətləndirib.
Sonunda Mehman Şabulla oğlu Rəcəbova təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə YAP Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər