PDF Oxu

Siyasət

  • 1 527

“Tarix sübut etdi ki, biz yalnız birlikdə qalib gələ bilərik” - Aydın Mirzəzadə

“Tarix sübut etdi ki, biz yalnız birlikdə qalib gələ bilərik” - Aydın Mirzəzadə

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək müstəqilliyini və suverenliyini qorumaq gücündə olduğunu bütün dünyaya nümayiş etdirib.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycan xalqı öz liderinin ətrafında birləşməyi bacardığını və dövlətin müstəqilliyini qorumaq üçün vahid mövqedən çıxış etdiyini sübut edib.Deputat şəhid ailələrinə, qazilərə və Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib. O qeyd edib ki, şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.A.Mirzəzadə Prezident İlham Əliyevin fəaliyyətinə də toxunaraq bildirib ki, dövlət başçısının həyata keçirdiyi siyasət, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın tarixi Zəfərinə gətirib çıxarıb.Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri nəticəsində 40-dan çox yaşayış məntəqəsində həyat yenidən canlanır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Ağdam, Şuşa, Kəlbəcər və Laçında həyata keçirilən bərpa işləri Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir.O, bütün keçmiş məcburi köçkünlərin doğma yaşayış məntəqələrinə qayıdacağına əminliyini ifadə edib.A.Mirzəzadə çıxışının sonunda Azərbaycanın bundan sonra da müstəqil mövqeyini qoruyacağına və suverenliyini möhkəmləndirəcəyinə inamını ifadə edərək bildirib ki, ölkənin gücü xalqın birliyindədir.
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər