PDF Oxu

Siyasət

  • 314

Firudin Qurbanovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR

Firudin Qurbanovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatında tanınmış azərbaycanlı yunan-Roma güləşçisi, məşqçi, üçqat SSRİ çempionu, beynəlxalq dərəcəli idman ustası, , Azərbaycan yığma komandasının məşqçisi , "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülmuş Firudin Qurbanov Eyyub oğlunun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü Altay Mansurov və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarı 80 illik ömrünün əlamətdar mərhələsi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıb. O, Firudin Qurbanovun zəngin həyat və idman fəaliyyətindən, Azərbaycan güləşinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, üçqat SSRİ çempionu kimi qazandığı nailiyyətlər, beynəlxalq idman ustası səviyyəsinə yüksəlməsi və məşqçi kimi fəaliyyəti onun Azərbaycan idman tarixində özünəməxsus yer tutduğunu göstərir.

Daha sonra tədbir iştirakçılarına Firudin Qurbanovun həyat və fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda yubilyarın uşaqlıq və gənclik illəri, idmana gəlişi, yunan-Roma güləşi üzrə keçdiyi şərəfli idman yolu, qazandığı nailiyyətlər, üçqat SSRİ çempionu kimi əldə etdiyi uğurlar, eləcə də məşqçilik fəaliyyəti və Azərbaycan idmanına verdiyi töhfələr əks olunub. Onun zəngin həyat təcrübəsini və idman sahəsindəki çoxillik fəaliyyətini əks etdirən videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.

Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov çıxışında Firudin Qurbanovun idman sahəsində qazandığı uğurların, əzmkarlığının və zəhmətinin gənc nəsil üçün nümunə olduğunu bildirib. O, yubilyarın uzun illər ərzində formalaşdırdığı təcrübənin, qazandığı nüfuzun və ağsaqqal kimi cəmiyyətdə tutduğu mövqenin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev çıxışında Firudin Qurbanovun idman karyerasının Azərbaycan güləşinin şərəfli səhifələrindən biri olduğunu qeyd edib. O bildirib ki, SSRİ çempionluğu kimi yüksək nailiyyətlər böyük iradə, intizam və fədakarlıq tələb edir. Yubilyarın həm idmançı, həm də məşqçi kimi fəaliyyəti ilə gənc nəslin yetişməsinə verdiyi töhfələr xüsusi dəyər daşıyır.

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü Altay Mansurov da çıxış edərək Firudin Qurbanovun həyat yolundan, idman sahəsində qazandığı uğurlardan və şəxsi keyfiyyətlərindən bəhs edib. O, yubilyarın 80 illik ömrünün zəhmət, uğur və hörmətlə dolu olduğunu bildirərək, ona sağlamlıq və firavanlıq arzulayıb.

Tədbir zamanı çıxış edənlər Firudin Qurbanovun idman sahəsindəki xidmətlərini, Azərbaycan güləşinin inkişafına verdiyi töhfələri və məşqçi kimi fəaliyyətini yüksək qiymətləndiriblər. Yubilyar göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirərək, onun üçün təşkil olunmuş bu əlamətdar tədbirin xoş təəssürat yaratdığını qeyd edib.

Sonda Firudin Qurbanov Eyyub oğlu 80 illik yubileyi münasibətilə bir daha təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni xoş günlər arzulanıb. Yubilyarın Azərbaycan idmanının inkişafına verdiyi töhfələrə, çoxillik səmərəli fəaliyyətinə və idman sahəsində qazandığı nailiyyətlərə görə ona YAP Xəzər rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

Digər xəbərlər