PDF Oxu

Siyasət

  • 276

Yeni içməli su xətti - FOTO

Yeni içməli su xətti - FOTO

Xanbulançay su anbarından Astara şəhərinə gələn içməli su xəttindən rayonun Bala Şahağac və Qamış-oba kəndlərinə də su verilməyə başlanıldı. Yeni içməli su təchizatının açılış mərasimi keçirildi.
Açılış tədbirində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, sədrin müşaviri Zakir Quliyev, Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Elçin Məmmədov, müavini Şöhrət Süleymanov iştirak edirdilər.
İcra başçısı Qəzənfər Ağayev hər iki kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək dedi:- İllərdir içməli sudan çox əziyyət çəkiirdiniz. Dəfələrlə görüşlərimizdə bu problemi qaldıraraq həllinə köməklik istənilib. Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılan vəsait hesabına Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə bu problemin həlli üçün imkanlar yarandı və o öz həllini tapdı.
Tədbirdə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və sədrin müşaviri Zakir Quliyev çıxışlarında kəndlərə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etdilər.
Sakinlər öz növbəsində onlara bu sevinci bəxş etdiyinə görə ölkə başçısına sonsuz təşəkkür etdilər, bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər