PDF Oxu

Siyasət

  • 1 192

“Vergi dövlətin gücünü, vergi ədaləti isə dövlətin müdrikliyini göstərir” - RƏŞAD MAHMUDOV

“Vergi dövlətin gücünü, vergi ədaləti isə dövlətin müdrikliyini göstərir” - RƏŞAD MAHMUDOV

Vergi yalnız dövlət büdcəsinin formalaşdırılması vasitəsi deyil, həm də iqtisadi inkişafın, təhlükəsizliyin, təhsilin və səhiyyənin davamlılığını təmin edən mühüm mexanizmdir. Vergi siyasətində əsas məsələ güzəştlərin çoxluğu deyil, onların hansı prinsiplərlə və nə dərəcədə ədalətli tətbiq edilməsidir. Dövlətin gücü vergilərin toplanması ilə yanaşı, həmin vəsaitlərin ədalətli idarə olunmasında da özünü göstərir.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, iqtisadi fəallığın, sahibkarlığın və investisiyaların stimullaşdırılması məqsədilə müəyyən vergi güzəştlərinin tətbiqi mümkündür. Lakin bu güzəştlər ayrı-ayrı subyektlərə imtiyaz yaratmaq əvəzinə, ölkənin iqtisadi və sosial inkişafına xidmət etməlidir.Rəşad Mahmudov vurğulayıb ki, güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir. Onun sözlərinə görə, vergi siyasətində şəffaflıq və bərabər yanaşma iqtisadi sistemin dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər