Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq iqtisadi əməkdaşlığa yanaşmasının və yeni tərəfdaşlıq istiqamətlərinin aydın ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müsahibəsində Azərbaycan ilə Vyetnam arasında münasibətlərin mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni bazarlara çıxış imkanları xüsusi diqqət mərkəzində olub.
Prezident İlham Əliyevin səsləndirdiyi “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır” fikri iki ölkənin iqtisadi potensialını, coğrafi mövqeyini və beynəlxalq əməkdaşlıq imkanlarını xarakterizə edən mühüm mesajdır. Bu yanaşma göstərir ki, Azərbaycan və Vyetnam bir-birini tamamlayan iqtisadi imkanlara malik olmaqla, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlərə sahibdirlər.Prezident İlham Əliyevin səsləndirdiyi “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır” fikri iki ölkənin iqtisadi potensialını, coğrafi mövqeyini və beynəlxalq əməkdaşlıq imkanlarını xarakterizə edən mühüm mesajdır. Bu yanaşma göstərir ki, Azərbaycan və Vyetnam bir-birini tamamlayan iqtisadi imkanlara malik olmaqla, qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlərə sahibdirlər.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi qarşıdakı dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin hansı istiqamətlərdə inkişaf edə biləcəyini də aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının Vyetnama gözlənilən rəsmi səfəri iki ölkə arasında mövcud razılaşmaların daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və konkret layihələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında əlaqələr qurmaqdır. Vyetnamla münasibətlərin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Ölkəmiz Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və beynəlxalq tərəfdaşlıq imkanlarının artırılmasına xüsusi önəm verir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərin dostluq ənənələrinə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə formalaşmış tarixi əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və istiqamətlər qazanır. İki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi qarşıdakı illərdə əməkdaşlığın daha da inkişafına zəmin yaradır.Azərbaycanın Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi, Vyetnamın isə Cənub-Şərqi Asiyada dinamik inkişaf edən iqtisadiyyata malik ölkə kimi imkanlarının bir araya gətirilməsi yeni iqtisadi körpülərin qurulmasına şərait yarada bilər. Bu tərəfdaşlığın əsas məqsədi isə hər iki dövlətin və xalqın rifahına xidmət edən konkret nəticələrin əldə olunmasıdır.
Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri