PDF Oxu

Siyasət

  • 263

“Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” - FOTO

“Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” - FOTO

20 noyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Sədərək Rayon Heydərabad qəsəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi əhəmiyyətindən, keçdiyi 34 illik şərəfli inkişaf yolundan və ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası xalqın tələbi, milli maraqların qorunması və dövlətçiliyin möhkəmləndirilməsi zərurətindən yaranıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiya qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib.
Çıxışda vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini yeni tarixi mərhələnin tələblərinə uyğun davam etdirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi və ölkəmizin bütün sahələrdə qazandığı uğurlar milli birliyin və güclü dövlətçilik siyasətinin nəticəsidir.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra başçısının vəzifələrini icra edən Yusif Seyidov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən, partiyanın ölkəmizin inkişafındakı xidmətlərindən və müasir Azərbaycanın qazandığı nailiyyətlərdən danışıblar. Çıxışlarda partiyanın dövlətçilik maraqlarının qorunmasında, cəmiyyətin siyasi həmrəyliyinin təmin edilməsində və milli ideologiyanın təbliğində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirin davamında Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə, eləcə də partiyanın ictimai-siyasi həyatında könüllü və fəal iştirakına görə bir qrup şəxs təşəkkürnamə və hədiyyələrlə təltif olunub. Təltiflər onların partiyanın fəaliyyətinə verdikləri töhfənin və göstərdikləri fəallığın qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini, keçdiyi inkişaf yolunu və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər