Siyasət

  • 4 031

YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib

image

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində rayonun Dağ Kəsəmən, Poylu, Xətai kəndlərinin və Vurğun qəsəbənin partiya fəalları görüş olub.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Tədbirdə həmçinin partiya fəalları çıxış edərək rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinə uyğun formada həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər