"Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir” ÖZƏL-MÜNASİBƏT

“Bu gün müstəqil Azərbaycanın tarixi taleyində Ümummilli Lider Heydər Əliyevin dəsti-xətti açıq-aydın görünür. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.F.İbrahimli bildirib ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışı, ilk atdığı addımı ilə Azərbaycanda ayrı-ayrı, hərbi qrupların, qarşıdurmaların qarşısını aldı: “Vətəndaş müharibəsinə son qoyularaq, ölkədə sabitliyin yaradılmasına doğru addımlar atıldı. Hərbi qüvvələri səfərbər etmək, hərbi qüdrətimizi artırmaq üçün atəşkəs rejimi bağlandı”.Heydər Əliyevin Azərbaycanın strateji inkişaf kursunu müəyyən etdiyini deyən millət vəkili söyləyib ki, Ulu Öndər “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəmizin iqtisadi qüdrətinə təkan verdi, dünyaya yeni libasla təqdim olunan Azərbaycan məhz həmin müqavilə hesabına inkişaf edərək dünya dövlətlərinin diqqətini cəlb etdi: “Bu gün Azərbaycan əsası Ulu Öndər Heydər Əliyevin təməli qoyduğu syasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünyada iqtisadi, hərbi cəhətdən güclü dövlət kimi qəbul edilir”.F.İbrahimli qeyd edib ki, ölkəmizin dünyada səsi regionun qüdrətli dövləti kimi gəlir: “Ən böyük uğurumuz isə təməli Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün yüksək səviyyədə davam etdirilməsi nəticəsində əldə etdiyimiz sabitlikdir. Dünyada baş verənlər fonunda ölkəmiz sabitlik, stabilliyinə görə dünyada seçilən ölkələrdəndir. Azərbaycanın 40 illik tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü müstəqil, inkişaf etmiş Azərbaycan Ulu Öndərin şah əsəridir”.

sia.az