Siyasət

  • 3 061

““Milli Şura” bir az da irəli gedib “boykot” haqqında mızılanır” RƏY-ÖZƏL

image

"Demokratik cəmiyyətlərdə, o cümlədən Azərbaycanda seçkilər dönəmində müxtəlif aksiyalar, o cümlədən mitinqlər, piketlər keçirməkdə heç bir aşağılanmadan, qanunsuzluqdan söhbət gedə bilməz". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, bu başqa məsələdir ki, həmin aksiyalar qanunla qadağan olunmayan yerlərdə, həm də qanunla qadağan olunan şüarlar səsləndirməməklə keçirilməlidir: "Bəzi müxalif qüvvələr isə məqsədli şəkildə qarşıdurma yaratmaq üçün bu tələbləri pozmaqda maraqlıdırlar. Bu da onlara xaricdəki anti-Azərbaycan qüvvələr tərəfindən verilən sifarişdir. Qaldı milli olmayan “Milli Şura”nın, AXCP-nin seçkilərdə iştirak etməmələri barədə qərarlarına, bu, gözlənilən idi. Hələ “Milli Şura” bir az da irəli gedib “boykot” haqqında mızıldanır. Hələ də siyasətlə məşğul olan bu bədbəxtlər siyasətin əlifbası olan iştirakdan imtina ilə boykot arasındakı fərqi görə bilmirlər. Boykot çağırışını o siyasi qurum eləyə bilər ki, onun seçici tərəfdarı ümumi seçicilərin azı yarısından çox olsun. Bunlar isə beş-on partiyanın da dəstəyi ilə keçirdikləri aksiyalarda min nəfər də toplaya bilmirlər. Belə olduğu halda hansı qüvvə ilə boykot haqqında danışa bilərlər? Əvvəllər olduğu kimi, seçkilərdə heç bir nailiyyətlərinin olmayacağını özləri də gözəl bilir və buna görə də özlərini sığortalamaq üçün müxtəlif yollar axtarırlar. Necə deyərlər, ağaları buyurur ki, sürün dərəyə, bunların ağzı nədir yoxuşa sürələr. Təəssüf eləyirəm ki, hələ də 25 illik müxaliflik təcrübələri olmasına baxmayaraq, irəliyə doğru bir addım da ata bilmirlər, belə getsə ata bilməyəcəklər də".

sia.az

Digər xəbərlər