Siyasət

  • 5 671

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib

image

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü Tovuz rayonunun Qazıqulu kəndində keçirmişdir.

Yüksək əhvali-ruhiyyədə keçirilən görüşdə deputatlığa namizəd ölkəmizdə əldə olunan böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin xalq naminə gördüyü işlərdən geniş danışıb, bunlarla bağlı əsaslı arqumentlər göstərib və konkret rəqəmlər səsləndirib. O, həmçinin Yeni Azərbaycan Partiyasının seçki proqramı barədə ətraflı məlumat verib.
Qarşıdakı dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.
Niyazi Tağıyev seçki dairəsinin ərazisindəki mövcud problemlər və onların həlli sahəsində görülən işlər barədə də seçiciləri məlumatlandırıb.
Sonda seçicilər Yeni Azərbaycan Partiyasına dəstək olacaqlarını ifadə ediblər.

yap.org.az

Digər xəbərlər