Siyasət

  • 5 071

Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib

image

İnsanlıq tarixinin ən böyük qətliamı 28 il bundan əvvəl Qarabağda törədilib.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.
H.Altınalan bildirib ki, işğalçılıq istəyinə nail olmaq istəyən erməni dəstələri aldıqları dəstəklə Xocalıda yüzlərlə azərbaycanlını qətlə yetirdilər.
O əlavə edib ki, Xocalıdakı qətliam türklərin tarixində ən acı günlərdən biridir:
"Təəssüflər olsun ki, Xocalını qan gölünə çevirən erməni dəstələri bu günə kimi törətdikləri əməllərə görə beynəlxalq məhkəmə qarşısında hesabat verməyiblər. Vaxt itirmədən beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Ermənistanı işğal etdiyi bütün Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmağa məcbur etməli və onlardan vəhşiliklərinin hesabını tələb etməlidir”.
Diplomatın sözlərinə görə, çağdaş dünya Xocalı qətliamı qarşısında susur, orada yaşanan vəhşiliklərə göz yumur, Ermənistan isə törətdiyi cinayətləri inkar etməkdədir:
“Münxen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidenti İlham Əliyev qarşısında Xocalı faciəsini inkar edən bir yol tutdu. N.Paşinyan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın da erməni torpağı olduğunu iddia etdi”.
H.Altınalan bildirib ki, arxivlərdə qeyd olunduğu kimi, N.Paşinyan özü də yaxşı bilir ki, vaxtilə Rusiya imperiyası müxtəlif yollarla erməniləri İrəvan və ətrafına yerləşdirib, beləliklə də İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında erməni bölgəsi yaradıblar:
“Prezident İlham Əliyev bu tarixi faktları əsas tutaraq N.Paşinyana dərs verdi. Hətta eşitdikləri qarşısında nə edəcəyini bilməyən N.Paşinyan Dağlıq Qarabağda Ermənistan ordusunun deyil, Qarabağdakı silahlı birləşmələrin olduğunu iddia etsə də, daha sonra öz oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi”.
H.Altınalan bildirib ki, ziddiyyətli ifadələr, əsassız iddialar səsləndirən N.Paşinyan Prezident İlham Əliyevin və izləyicilərin qarşısında gülünc vəziyyətə düşdü:
“Beləliklə də bütün dünya erməni iddialarının heç bir həqiqi əsasının olmadığına bir daha şahid oldu”.

yap.org.az

Digər xəbərlər