PDF Oxu

Siyasət

  • 33 814

"Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək" - AÇIQLAMA

image

“OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək. Bunun səbəbi hər şeydən öncə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda bu cür ekstrimal vəziyyətlərə qarşı immunitetinin olmasıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputat söyləyib ki, zaman-zaman qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilə olur və bu iqtisadi proseslərə mənfi təsir göstərir: “Biz eyni iqtisadi əsaslarda olmasa da, iqtisadiyata süni siyasi müdaxilənin bənzər formasına 2014-cü ildə də rast gəldik və bu vəziyyətdə görülən priventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olduq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operatif önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcəkdir”.H.Babaoğlu bildirib ki, artıq OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan hökuməti operatif müzakirələr aparmış və neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planları hazırlamışdır: “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi , büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatçılığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır”.

sia.az