Səfir: "Erməni tərəfi problemləri həll etmək üçün səy göstərməlidir" - AÇIQLAMA ÖZƏL

"Əvvəla şəhidlərimiz üçün Azərbaycan xalqına baş sağlığı diləyirəm. Ermənistan Azərbaycan torpaqlarına birbaşa hücum etməklə təcavüzkar siyasətini çox irəliyə aparır. Təbii ki bu vəziyyət qəbuledilməzdir". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycanadakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.Səfir bildirib ki, biz Türkiyə olaraq təxribatı öyrəndiyimiz ilk saatlardan etibarən məsələyə öz reaksiyamızı bildirdirdik və Azərbaycanın yanında olduğumuzu vurğuladıq: "Dünən də xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da açıqlamasından Türkiyənin Azərbaycanın yanında olduğunu təkrarladı və Azərbaycan Qarabağda necə bir həll yolu istəsə, onu dəstəkləməyə hazır olduğumuzu bütün dünyaya bəyan etdi".E.Özoral vurğulayıb ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir: "Bir-bizimizin qardaşıyıq. Aramızdakı münasibətlər çərçivəsində bundan daha təbii bir şey yoxdur. Hər kəsin bu həqiqəti dərk etməli, ağlını başına toplamalı və barış yoluna gəlib problemləri həll etmək üçün səy göstərməlidir. Ən başda da Ermənistan hökuməti diqqəti hazırda içində olduğu problemlərdən başqa yönə çəkmək istəyirsə, seçdikləri yol doğru bir yol deyil. Ermənistana bir an öncə doğru yola gəlib, sülh yolunu seçməyi tövsiyə edirik".

sia.az