Siyasət

  • 6 691

“Paşinyanın saymazyana, özbaşına hərəkətlərinin qarşısı alınmalıdır” ÖZƏL-MÜNASİBƏT

image

Ermənistan tərəfi və onun baş naziri Nikol Paşinyan özünü əməlli-başlı quldur və xuliqan kimi aparır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.Partiya sədri qeyd edib ki, Ermənistanın baş naziri beynəlxalq münasibətlərdə, beynəlxalq hüquqa münasibətdə heç nəyə əməl eləmir: “Nikol Paşinyanın, məsələn, son bəyanatına baxaq. Azərbaycanın suyunu kəsəcəyik deyir bu adam. Beynəlxalq konvensiyalara, hətta beynəlxalq məhkəmələrin qərarlarına əsasən suyun kəsilməsi qəti qadağandır. Hörmətli Hikmət Hacıyevin verdiyi açıqlamada da qeyd olunur ki, Ermənistanın cinayət məcəlləsinin özündə də işğal olunmuş torpaqların məskunlaşdırılması ilə bağlı məsuliyyət var buna görə, 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası düşür. Bilirsiz, Ermənistanın əvvəllər də Livandan, digər Ərəb ölkələrindən, başqa ölkələrdən erməniləri gətirib Azərbaycanda, Qarabağda yerləşdirmək planları olub. Hətta 2012-ci ildən Livandan xüsusi erməni dəstələri gətirilib kəşfiyyat məqsədi ilə. Deməli, Livanda müəyyən ailələri axtarıblar ki, buraya köçürsünlər. Yəni, bunların niyyəti var idi və indi həqiqətən də Livanda olan son partlayışlardan istifadə eliyirlər. Avropa, dünya Livana kömək edir və guya bunlar da kömək məqsədi güdürlər, amma əslində, bundan istifadə edərək torpaqlarımızın erməni əsillilərlə məskunlaşdırmaqla bağlı əməlləri yerinə yetirirlər. Məsələ bundan ibarətdir ki, həqiqətən Paşinyanın bu özbaşına, çılğın, beynəlxalq aləmə və Azərbaycana qarşı saymazyana hərəkətləri çox təsirlidir və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Bu yerdə birinci əməl, bunun qarşısının alınması vəzifəsi, Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq qurumların qərarlarının icrasının təmin etmək vəzifəsi ATƏT-in Minsk Qrupunun üzərinə düşür".T.Kərimli bildirib ki, başlanğıcda ATƏT-in Minsk Qrupunun yalnız bir vəzifəsi var idi: "O da, bir il ərzində məsələni bitirib Minskdə müşavirə keçirmək və torpaqların işğaldan təmizləmək üçün tədbirlər görmək, tərəfləri razılaşdırmaq idi. Uzun onillər keçməsinə baxmayaraq ATƏT-in Minsk Qrupu heç bir hərəkət eləməyib və bir faiz də olsun nailiyyəti yoxdur. Deməli, bizim əvvəldən dediyimiz kimi, ATƏT-in Minsk Qrupu yalnız Azərbaycan tərəfini işğalla barışdırmaq məqsədi güdüb. Heç zaman ilğalçı ilə işğala məruz qalan ölkəni fərqləndirməyiblər.

Bir məsələni də deyim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri digər ATƏT-in Minsk Qrupu üzvlərinin hüquqlarını da pozurlar. Harda yazılıb ki, bu işlə ancaq ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdırlar? Ümumiyyətlə, ATƏT-in özündən biz tələb etməliyik və onun Minsk Qrupuna da ayrıca məktub göndərməliyik ki, digər üzvlər nə işlə məşğuldur? Nə üçün Türkiyə Minsk Qrupunun üzvü olduğu halda, bu ölkə qətiyyən yaxın qoyulmur bu məsələyə ilə məşğul olmağa? Digər ölkələr də həmçinin. Çünki bu, ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni diasporunun, dünyada erməninin ən himayəçisi olan, Amerika, Fransa, Rusiyadan imdad diləməklə, yerinə düşmür. Onsuz da bunların işi aydındır. Dəfələrlə müraciət olunub bunlara ki, öz mövqelərini bildirsinlər, Ermənistanın hüquqa zidd, beynəlxalq hquqa zidd hərəkətlərini qiymətləndirsinlər. Bir dəfə də olsun bunlar hərəkət etmədilər. Ona görə də haqlı olaraq, nəinki Azərbaycan ictimaiyyəti, həm də rəsmi şəxslər tərəfindən ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyəti həmişə kəskin tənqid olunmaqdadır.
Mən elə hesab edirəm ki, Azərbaycan tərəfi son dövrlər başladığı mahiyyətcə tamamilə doğru olan siyasəti daha da gücləndirməlidir, xarici siyasət diplomatiyamız bu sahədə ciddi müraciətlər etməlidir, ATƏT-in Minsk Qrupunun işi ya bərpa olunmalıdır, ya da ləğv olunmalıdır. Bu həmsədrlərdən bu hüqüq alınmalıdır, çünki bunlar nə bilirlər edirlər. Guya hazırlayıb hazırlayıb Minsk Qrupunun konfransına təqdim edəcəkdilər. Bunlar Azərbaycanın xeyrinə deyil, bunlar açıqdan-açığa beynəlxalq hüquqa zidd xristian təəssübkeşliyi edirlər, hətta sevinirlər. Bu ölkələrin hərəkətinə baxın. Dağlıq Qarabağda, işğal olunmuş ərzilərdə körpü açılır, yaxud nə isə bir tikili tikilir, üzərində bir dənə xaç işarəsi olanda sevinclə xüsuilə qeyd edirlər ki, bəs burada göründüyü kimi qədim sivilizasiya, xristian sivilizasiyası bərpa olunur və sair. Belə ölkələrdən nə gözləmək olar? Hansısa epizodik halda, Avropanın hansısa diplomatı, hansısa siyasətçisi Azərbaycana bir reverans edirsə, biz bu bir faizlik reveransı doxsan doqquz faiz əleyhimizə olan reveransa qurban verə bilmərik. Bunlar hamısı yalandır. Ona görə də hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət səviyyəsində, parlament səviyyəsində əməlləri qiymətləndirilməlidir və Cənab Prezidentə təkliflər verilmlidir. Nəhayət ki, torpaqlarımızın azad olunması üçün bu beynəlxalq alətlər işləməyəndən sonra torpaqlarımızı ordumuzun köməyi ilə azad etməliyik. Şükürlər olsun ki, beynəlxalq aləmdə bizi açıqca dəstəkləyən dövlətlər də var, hansı ki, 30 il bundan əvvəl yox idi. Türkiyə, Pakistan və digərləri, eləcə də beynəlxalq hüquq, haqq-ədalət bizim tərəfimizdədir. Ona görə də mən bu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumiyyətlə hərəkətlərini bəyənmirəm. Təqribən 25 il bundan əvvəl bəyan elədiyim bir sözü demək istəyirəm ki, ritorik da olsa, bu ATƏT, at və ət sözündən ibarətdir və atın qabağına ət qoyublar, bu at da əti yeyən deyil. Yəni, bu ATƏT Qarabağ problemini həll edən deyil. Ona görə də düşünürəm ki, bu məsələlərdə çox prinsipial mövqe sərgiləmək lazımdır”, deyə Tahir Kərimli bildirib".

sia.az

Digər xəbərlər