Siyasət

  • 8 213

"Aİ Minsk qrupunun fəaliyyətindən razı deyil!" ÖZƏL-MÜNASİBƏT

image

“Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Livanda baş verən dəhşətli partlayışdan sonra işğalçı Ermənistan hökumətinin apardığı beynəlxalq hüquq normalarına zidd olan köç siyasəti ilə bağlı açıqlama verib.“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli istiqamətində səyləri hər zaman dəstəkləyir və sözügedən məsələ də tərəfimizdən ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırıb. Avropa İttifaqının təəssüf ki, Dağlıq Qarabağa və ətraf ərazilərə çıxışı yoxdur. Buna görə də ATƏT-in Minsk qurupu ilə daima əlaqədə qalır. Ancaq Avropa İttifaqı prinsip etibarilə, Daglıq Qarabağ münaqişənin son həllinə zərər verə biləcək demoqrafik və ya digər dəyişikliklərə səbəb olan hər hansı bir qanunsuz məskunlaşma və ya fəaliyyətə dəstək vermir. Aİ bölgədəki vəziyyəti yaxından izləməyə davam edir”, - deyə Stano bildirib.Məsələ ilə bağlı SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bunları deyib: “Göründüyü kimi, Aİ faktiki olaraq Minsk qrupunu daha aktiv fəaliyyət göstərməyə səsləyir, eyni zamanda eyham vurur ki, "əfsuslar olsun ki, münaqişəninn nizamlanması ilə bağlı monopoliya ATƏT-ə məxsus olduğundan biz Qarabağ probleminə müdaxilə edə bilmirik.Xatırladım ki, bir neçə il bundan əvvəl qurum münaqişə ilə bağlı aktiv siyasi fəaliyyət yürütmək üçün cəhdlər etməyə başlayarkən Minsk qrupu Aİ-yə imkan verməmişdi. Hər halda, regionda son hadisələr onu göstərir ki, Azərbaycan münaqişə ilə bağlı başda Brussel, London və Vaşinqton olmaqla bu istiqamətlərlə aktiv danışıqlara başlamalıdır. Hər halda, münaqişənin nizamlanmasının Rusiyanın çətirindən qoparmağın vaxtı çatıb. 2016-2020 ci illərdəki hadisələr göstərmiş oldu ki, Moskva verdiyi sözlərə əməl etmədi.Son zamanlar Azərbaycana qarşı təxribatlar, Minsk qrupunun Tovuz döyüşlərindən düz 2 ay sonra yatıb - yatıb iclas keçirməsi onu göstərir ki, region ətrafında ciddi hadisələr baş verməkdədir. Bakı-Ankara hərbi birliyinin güclənməsi zəruri addım idi. Bu, bölgəni bir çox fəsadlardan sığortaladı”.

sia.az

Digər xəbərlər