Siyasət

  • 5 472

Hicran Hüseynova: Ermənistan işğalçılıq mahiyyətini növbəti dəfə sübut etdi

image

Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova
10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur.
Düşmənin silahlı qüvvələri bu gün gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil edib, 9 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb. Həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Qəhrəman Gəncə sakinləri ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır. Bu gün xalqımız hər bir mənada sınaq qarşısındadır, hər birimiz düşmənin məqsədini yaxşı anlayırıq. Lakin bir həqiqəti də bilirik ki, bizim qələbə əhval-ruhiyyəmizi qıra bilməyəcəklər.
Biz növbəti dəfə erməni terror aktı ilə üzləşdik. Nə üçün dünya ölkələri, həmsədr ölkələri susur? Münasibət göstərmirlər? Nə üçün bu mənfur, cinayətkar erməni rəhbərliyinə yerini göstərmirlər? Gəncədə erməni terrorunun qurbanı olan bu dinc insanların, uşaq və qadınların, yaşlıların günahı nədir?
İşğalçı Ermənistan bu cinayət əməlləri ilə bir daha təsdiq etdi ki,onun üçün heç bir beynəlxalq hüququn norma və prinsipləri əsas deyil və əməl etmək niyyəti də yoxdur.
Biz bunu bilirik, lakin bütün dünya ictimaiyyəti bir daha əyani şəkildə görsün ki, kriminal ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, dövlət siyasətinin əsas mahiyyətini terrorizm təşkil edən Ermənistan region üçün böyük təhlükədir.
Danışıqalar və atəşkəs üçün yalvaran Ermənistan yenə də silahı dinc əhaliyə, müki və strateji obyektlərə istiqamətləndirib. Əlbəttə ki, Azərbaycan düşmənin bu təcavüzkar əməllərini cavabsız qoymayacaq, onun bu insanlığa yaraşmayan hərəkətləri onun üçün ağır nəticələrə gətirib çıxaracaq.

yap.org.az

Digər xəbərlər