Siyasət

  • 5 189

Rusiya-Azərbaycan münasibətlərinin yüksək olması hər iki dövlətin marağındadır - MÖVQE

image

"Rusiya ilə münasibətlər həmişə Azərbaycan üçün önəmli olub. Tarixən qonşu olmuşuq, bir çox məsələlərdə birgə çətinliklərimiz, birgə uğurlarımız olub". SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, Azərbaycan və Rusiya arasında həmişə yaxşı münasibətlər olub: “Bu gün ölkələrimiz arasında fikir ayrılığı olan hər hansı bir məsələ yoxdur. İstənilən məsələ hər bir ölkənin milli maraqlarının qorunması, ümumi nətiələr əsasında həll edilib. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Azərbaycan üçün həmişə diqqət çəkən məsələ olub. Son günlərdə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsində Ermənistanın bütün cəhdlərinə baxmayaraq Rusiya Ermənistanın avanturasına qoşulmayıb və Azərbaycan həqiqətlərini nəzərə alaraq bu məsələyə ən yüksək səviyyədə münasibət bildirib".A.Mirzəzadə vurğulayıb ki, Rusiya və Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin də marağındadır, hər iki cəmiyyətin sosial sifarişidir: "Bu yaxınlarda rəy mərkəzlərindən biri Rusiyanın dostlarını müəyyənləşdirmək barəsində rəy sorğusu keçirib və ilk beşlikdə Azərbaycanın adı var. Bunun özü göstərir ki, Rusiya vətəndaşları Azərbaycanı Rusiyanın dostu sayır. Bu münasibətlərin bünövrəsi möhkəmdir, əbədidir, həmişə möhkəm olacaq. Bu münasibətlərin möhkəm olmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var, cənab Prezident İlham Əliyev bu münasibətlərə yüksək qiymət verir və həmişə Rusiya ilə münasibətlərin yüksək səviyyədə saxlanması üçün böyük əmək sərf edir".

sia.az

Digər xəbərlər