Siyasət

  • 6 255

“Israel HaYom” qəzeti: Dağlıq Qarabağ: Azərbaycan ordusu hücuma keçir – ermənilər geri çəkilir

image

Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında əsl müharibə qızışmaqda davam edir. Bu gün bu müharibədə yeni rekord vurulub, belə ki, Azərbaycan ordusu Dağlıq Qarabağdan cənuba, İran sərhədi boyunca müdafiə xətlərini yarıb və şimala, Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhəri istiqamətində irəliləməyə real şəkildə nail olub.

Bu barədə İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Dağlıq Qarabağ: Azərbaycan ordusu hücuma keçir – ermənilər geri çəkilir” sərlövhəli məqaləsində tanınmış israilli jurnalist Neta Bar yazıb.
Qəzet qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatları zonasının cənub istiqamətində 13 kənd və şəhərin, o cümlədən 1990-cı illərdə, birinci Dağlıq Qarabağ müharibəsi başlananadək minlərlə dinc Azərbaycan sakininin yaşadığı Zəngilan şəhərinin işğaldan tam azad olunmasını elan edib.
“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur. Azərbaycan istəyir ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib”, - deyə “Israel HaYom” qəzeti qeyd edir.
Azərbaycan Prezidenti deyib: “Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bunu biz yerə vurduq. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.
İsrail qəzeti öz tərəfindən yazır ki, ermənilər “bütün istiqamətlərdə əks-hücum həyata keçirmək” barədə elan ediblər, lakin sonradan bu xəbər təsdiqlənməyib.

yap.org.az

Digər xəbərlər