Siyasət

  • 10 049

Zəngilan işğaldan azad olunması: əhəmiyyətlər nədədir? Perspektiv

image

Düşmən işğalından azad olunmuş Zəngilan rayonu istər iqtisadi cəhətdən, istərsə də faydalı-qazıntı yataqları ilə mühüm əhəmiyyət kəsb edən bölgələrimizdəndir. SİA Zəngilan rayonunun bir sıra əhəmiyyətləri barədə məlumatları diqqətə çatdırır. Belə ki, Zəngilan rayonu qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerə malikdir. O cümlədən, rayon ərazisində müxtəlif növ əlvan və s. metal yataqları da var.Rayon Naxçıvan MR ilə ən yaxın quru sərhədimiz olmaqla yanaşı, həm də strateji mühümlüyünü qoruyub-saxlayır. Bu baxımdan, həm də nəticəyə gəlmək olar ki, Zəngilanın azad edilməsi ilə qonşu İranla bütün quru sərhədlərimiz bərpa edilir, iqtisadi, strateji və lojistik cəhətdən mühüm üstünlüklər qazanılır.Ən əsası isə, Zəngilanın azad edilməsi tarixi Zəngəzurumuzla tarixi sərhədlərimizi bərpa edir və bir sıra gələcək perspektivləri müəyyənləşdirir.

sia.az

Digər xəbərlər